# Klinik hallar

Mənbə: https://stomatoloqvefa.az/klinik-hallar/
Son yenilənmə: 2026-10-08

Klinik hallar

Burada Dr. Vəfa Məmmədovanın paylaşdığı real müalicə hallarından seçmələr toplanıb: xəstənin şikayəti, aparılan müalicə, müddət və əldə olunan nəticə. Xəstələrin şəxsi məlumatları göstərilmir.

Müalicədən əvvəl və sonrakı fotolar: [@dr.vefa_memmedova](https://www.instagram.com/dr.vefa_memmedova/)

Estetik bərpa

### Ön nahiyədə estetik bərpa

**Nəticə:** ön dişlərin forma və rəngi estetik bərpa olundu.

Ortodontiya

### Diş sırasının düzəldilməsi — yan görünüş

**Nəticə:** sıradan kənarda qalan dişlər diş sırasına gətirildi.

Ortodontiya

### Diş sırasının düzəldilməsi — ön görünüş

**Nəticə:** əyri düzülmüş dişlər sıraya düzüldü, gülüş xətti harmonikləşdi.

Ortodontiya

### Açıq dişləm tələffüzə təsir edəndə

- Şikayət: Ön dişlər qapanmırdı; tələffüz qüsuru səbəbindən xəstə qəbul imtahanında uğursuz olmuşdu
- Müalicə: Breket müalicəsi
- Müddət: Təxminən 1 il

**Nəticə:** ilk 3 ayda qapanışdakı dəyişiklik tələffüzə müsbət təsir etdi, xəstə növbəti imtahandan uğurla keçdi. [Instagram paylaşımı](https://www.instagram.com/p/DZXzRUDjHJn/)

Ortodontiya

### Dərin dişləm

- Şikayət: Dərin dişləm və böyük diş sırası qüsuru
- Müalicə: Breket müalicəsi, başlanğıc 12.03.2025
- Müddət: 1 il 4 ay

**Nəticə:** xəstənin iradəsi və həkimin əzmi ilə mürəkkəb qüsurun müalicəsi uğurla başa çatdırıldı.

Ortodontiya

### Diş sırası əyriliyi — 11 ayda nəticə

- Şikayət: Dişlərdə əyrilik və əlaqəli şikayətlər
- Müalicə: Breket müalicəsi
- Müddət: 28.08.2025 – 01.08.2026

**Nəticə:** müalicə bir il tamam olmadan uğurla yekunlaşdı.

Ortodontiya

### III sinif dişləm

- Şikayət: Alt diş sırası üst dişlərin önündə yerləşirdi
- Müalicə: Ortodontik müalicə, başlanğıc 04.02.2025

**Nəticə:** diş sıraları və dişləm normal, harmonik vəziyyətə gətirildi.

Ortodontiya

### Sıradan yuxarıda çıxmış köpək dişləri

- Şikayət: Yer darlığı səbəbindən köpək dişləri diş sırası xəttindən yuxarıda çıxmışdı
- Müalicə: Əvvəlcə çənə genişləndirici plastinka, sonra breket

**Nəticə:** dişlər çəkilmədən diş sırası xəttinə gətirildi.

Ortodontiya

### Uğursuz breketdən sonra təkrar müalicə

- Şikayət: İllərlə breket müalicəsi görsə də istədiyi nəticəni almamışdı
- Müalicə: Yenidən planlanmış breket müalicəsi, sonda estetik restavrasiya
- Müddət: 10.04.2024 – 26.06.2025

**Nəticə:** düzülmüş diş sırası, bərpa olunmuş funksiya və estetik gülüş.

Estetik restavrasiya

### Anadangəlmə olmayan yan kəsicilər və diastema

- Şikayət: Yan kəsicilərin olmaması, ağızda qalmış süd dişləri və ön nahiyədə aralıqlar özünəinama təsir edirdi
- Müalicə: Kompozit restavrasiya

**Nəticə:** dişlərin forma və ölçüsü bərpa olundu, boşluqlar bağlandı — xəstə artıq gülüşünü gizlətmir.

Estetik restavrasiya

### İki fərqli həkimdən sonra — təbii ön dişlər

- Şikayət: Əvvəl iki fərqli həkimdə ön dişlərinə plomb etdirmiş, nəticədən razı qalmamışdı
- Müalicə: Kompozit restavrasiya

**Nəticə:** estetik görünüş və daha açıq tonlar əldə olundu, xəstə nəticədən razı qaldı.

Qapaq və körpülər

### Rezorsinlə işlənmiş, tündləşmiş dişlər

- Şikayət: Başqa həkim tərəfindən rezorsinlə işlənmiş dişlər zamanla tündləşmişdi
- Müalicə: Fərdi hazırlanmış, tək-tək zirkonium qapaqlar

**Nəticə:** dişlərin forma və rəngi üz cizgilərinə uyğunlaşdırıldı, təbii görünüş və funksiya bərpa olundu.

Qapaq və körpülər

### Metal-keramika körpülərdən zirkoniuma

- Şikayət: Rusiyadan gələn xəstənin üst çənəsində köhnə metal-keramika körpülər
- Müalicə: Tək-tək hazırlanmış zirkonium qapaqlar

**Nəticə:** təbiiliyi və rahatlığı birləşdirən yeni gülüş; alt dişlərin bərpası növbəti mərhələdə planlaşdırıldı.

Qapaq və körpülər

### Güləndə diş əti görünürdü

- Şikayət: Güləndə diş əti çox görünürdü, köhnə metal-keramik körpü estetik deyildi
- Müalicə: «Gummy smile» əməliyyatı (Dr. Vasif Məmmədov), iki ay sonra zirkonium qapaqlar

**Nəticə:** diş əti görünməyən, daha estetik və funksional gülüş.

Qapaq və körpülər

### Üç il qorxusunu yenə bilməyən xəstə

- Şikayət: Diş qorxusu səbəbindən müalicə illərlə gecikmişdi
- Müalicə: Uzun söhbət və hazırlıq, diş çəkimləri, müalicə, üst çənənin zirkonium qapaqlarla bərpası

**Nəticə:** qorxu aradan qaldırıldı və üst çənə estetik bərpa olundu; alt çənənin müalicəsi planlaşdırıldı.

Protezlər

### Elastik Deflex protez

- Şikayət: Diş əksikliyi; xəstə bügel protezi seçmədi
- Müalicə: Elastik, incə quruluşlu Deflex protez

**Nəticə:** təbii görünüş, rahat istifadə və estetik nəticə.

Protezlər

### Hər iki çənənin kompleks bərpası

- Şikayət: Arxa çeynəmə dişləri yox idi, üst total protez köhnəlmişdi
- Müalicə: Üst çənədə total protez, alt çənənin ön altı dişinə metal-keramika körpü, arxa dişlərə bügel protez

**Nəticə:** komanda işi ilə xəstə yeni, estetik gülüşə qovuşdu.

Uşaqlar

### 12 yaşda dişləri itirmək riski

- Şikayət: Anemiya fonunda dişlərin erkən itirilməsi riski; dişlərin çəkilməsi tövsiyə olunmuşdu
- Müalicə: Dişlərin plombla restavrasiyası

**Nəticə:** dişlər çənə sümüyünün inkişafı başa çatana qədər qorundu; uşaq rahat gülür və yemək yeyir.

Uşaqlar

### Uşağın daimi dişində müasir müalicə

- Şikayət: Kiçik yaşlı xəstənin daimi dişində müalicə tələb olunurdu
- Müalicə: Rubber dam izolyasiyası altında müalicə, MTA biomaterialı

**Nəticə:** iş sahəsi quru və steril saxlanıldı, diş toxumalarının qorunması dəstəkləndi.

Gigiyena

### Diş əti problemi — 15 gündə dəyişiklik

- Şikayət: Bir neçə həkimdə müalicə alsa da diş əti problemi keçməmişdi
- Müalicə: Diş daşı və diş əti təmizlənməsi, düzgün diş yuma qaydalarının öyrədilməsi
- Müddət: 15 gün

**Nəticə:** diş ətinin vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdı.

Hər xəstənin vəziyyəti fərdidir, buna görə müalicə planı, müddəti və nəticəsi fərqli ola bilər. Sizin üçün uyğun müalicə yalnız müayinədən sonra müəyyən edilir.
