Terapiya · Ortopediya · Ortodontiya

Stomatoloji xidmətlər

Dr. Vəfa Məmmədova Şəkidə «Sağlam Təbəssüm» klinikasında terapevtik, ortopedik, ortodontik və uşaq stomatologiyası üzrə qəbul edir. Hər müalicə müayinədən sonra dişlərin vəziyyətinə, xəstənin şikayətinə və gözləntisinə uyğun planlaşdırılır.

Estetika və terapiya

Dişin öz toxumalarını qoruyan müalicələr.

Kanal müalicəsi

Pulpit və periodontitdə kök kanallarının müalicəsi, natamam doldurulmuş kanalların təkrar işlənməsi.

Ortopediya və gülüş estetikası

İtirilmiş və ya ciddi zədələnmiş dişlərin qapaq, körpü və protezlərlə bərpası, güləndə diş ətinin çox görünməsinin korreksiyası.

Zirkonium və metal-keramika

Qapaqlar və körpülər: köhnə konstruksiyaların yenilənməsi, fərdi rəng və forma seçimi.

Protezlər

Total, hissəvi çıxan, bügel və elastik Deflex protezlər.

«Gummy smile» korreksiyası

Güləndə diş ətinin çox görünməsi: diş əti korreksiyası və bir neçə ay sonra dişlərin estetik bərpası.

Ortodontiya, uşaqlar və diş çəkimi

Dişləmin korreksiyası, uşaqların müalicəsi və diş çəkimi.

Breket müalicəsi

Diş sırası əyriliyi, açıq və dərin dişləm, III sinif anomaliya, genişləndirici aparatlar.

Uşaq stomatologiyası

Süd və daimi dişlərin müalicəsi, gigiyena təlimi, travmadan sonra bərpa.

Diş çəkimi

Ağıl dişinin və bərpası mümkün olmayan dişlərin ağrısız anesteziya altında çəkilməsi, yaraya qulluq tövsiyələri.

Şikayətə görə hansı xidmət uyğundur?

Dəqiq qərar müayinədən sonra verilir; bu siyahı yalnız ilk istiqaməti tapmağa kömək edir.

ŞikayətHaradan başlamaq olar
Diş ağrısı, soyuğa və istiyə uzun sürən ağrıDiş ağrısının səbəbləri, kanal müalicəsi
Qırılmış diş, köhnə plomb, dişlər arasında boşluqEstetik restavrasiya və kompozit vinir
Əyri dişlər, açıq və ya dərin dişləmBreket müalicəsi
Köhnəlmiş qapaq, kənarında qaralma, tündləşmiş dişZirkonium və metal-keramika
Əksik diş və ya dişsiz çənəProtezlər, əksik dişin fəsadları
Diş əti qanaması, diş daşı, dişlərdə ləkələrGigiyena, diş əti müalicəsi və ağardılma
Güləndə diş əti çox görünür«Gummy smile» korreksiyası
Ağıl dişi problem yaradır, diş bərpa oluna bilmirDiş çəkimi
Uşağın dişləri, süd dişində kariyesUşaq stomatologiyası

Müalicənin növü, mərhələləri və müddəti yalnız müayinədən sonra müəyyən olunur. Saytdakı məlumatlar ümumi maarifləndirmə məqsədi daşıyır.

Əlçatanlıq

Şrift ölçüsü

Rəng rejimi

Seçimləriniz yalnız bu cihazda yadda saxlanılır. Əlçatanlıq haqqında

Rəqəmsal Vizitkart

Dr. Vəfa Məmmədova

Dr. Vəfa Məmmədova

Həkim-stomatoloq

Onlayn müraciət

Qəbula yazılın

Formu doldurun və WhatsApp ilə göndərin. Qəbul vaxtı sizinlə razılaşdırılacaq.

Qəbul üçün bir neçə gün əvvəlcədən yazılmağınız məsləhətdir.

Bazar ertəsi – Şənbə: 09:00 – 18:00; Bazar: qəbul yoxdur.

Məlumatlarınız saytda saxlanılmır — mesaj yalnız siz WhatsApp-da göndərdikdən sonra həkimə çatır. Ətraflı: Məxfilik siyasəti.